Icma.az
close
up
RU
Almaniyada iki nəfəri qətlə yetirən miqrant psixiatriya xəstəxanasına yerləşdirilib AZƏRTAC

Almaniyada iki nəfəri qətlə yetirən miqrant psixiatriya xəstəxanasına yerləşdirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 24 yanvar, AZƏRTAC

Almaniyanın Bavariya əyalətindəki Aşaffenburq qəsəbəsində bıçaqlı hücumu törədən 28 yaşlı əfqan miqrant məhkəmənin qərarı ilə müvəqqəti olaraq psixiatriya xəstəxanasına yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Enamullah O. biri azyaşlı olmaqla iki nəfəri qətlə yetirməkdə və üç nəfərə xəsarət yetirməkdə təqsirləndirilir.

Onun əvvəllər də bir neçə cinayət əməli törətdiyi müəyyən edilib. Belə ki, qaçqınların qəbulu mərkəzində dava və 2023-cü ilin martında qəsdən xəsarət yetirmə ilə əlaqədar ona cərimə cəzası tətbiq edilib. O, həmçinin saxta biletdən istifadə etdiyi üçün dələduzluqluq əməlində təqsirli bilinib. Onun barəsində əmlaka ziyan vurmaq, polis əməkdaşlarına qarşı zorakılıq və digər əməllərə görə məhkəmə araşdırması davam edir. Prokurorluq bu hadisələrlə əlaqədar onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün hüquqi zəminin olmadığını açıqlayıb. Onun psixi vəziyyəti və öz istəyi ilə ölkəni tərk etmək barədə müraciəti ilə əlaqədar barəsindəki araşdırmalar təxirə salınıb. Ümumilikdə o, polis tərəfindən iki dəfə ruhi xəstəliklər xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, Enamullah O. yanvarın 22-də Aşaffenburq qəsəbənin mərkəzindəki parkda aralarında azyaşlıların da olduğu bir qrup şəxsə bıçaqla hücum edib. Hadisə nəticəsində iki nəfər, o cümlədən iki yaşlı uşaq həlak olub. Ölənlərdən digərinin isə hücuma mane olmağa çalışan yoldan keçən 41 yaşlı şəxs olduğu bildirilir. Hücum nəticəsində üç nəfər də xəsarət alıb. Bu hadisədən sonra Almaniyanın rəsmiləri və aparıcı siyasi partiyaların rəhbərləri ölkədə qanunsuz miqrasiyaya qarşı təcili və sərt tədbirlərin görülməsini tələb ediblər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 06:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri