Almaniyada inflyasiya səviyyəsi may ayında sabit qalıb
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyada istehlak qiymətləri indeksi may ayında əvvəlki ayla müqayisədə dəyişməyərək illik 2,1 faiz səviyyəsində qalıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb.
Əsas inflyasiya amilləri ərzaq məhsulları və xidmətlər olub. Ərzaq məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb. Xidmətlərdə isə qiymət artımı 3,4 faiz təşkil edib ki, bu da bir ay əvvəlki 3,9 faizlə müqayisədə cüzi azalmadır. Əmtəə məhsullarında qiymətlər 0,9 faiz yüksəlib. Əvəzində enerji daşıyıcılarının qiymətində nəzərəçarpacaq ucuzlaşma qeydə alınıb. May ayında enerji xərcləri ötən illə müqayisədə 4,6 faiz azalıb. Bu isə dünya bazarında neftin ucuzlaşması ilə izah olunur.
İqtisadçılar inflyasiyanın əsas baza göstəricisi olan 2,8 faizə enməsini diqqətlə izləyirlər. Bu göstərici hələ də Avropa Mərkəzi Bankının müəyyən etdiyi 2 faiz hədəfini aşır.
Maliyyə analitikləri yaxın günlərdə Avropa Mərkəzi Bankının faiz dərəcələrini bir daha azaldacağını proqnozlaşdırırlar. Artıq ardıcıl yeddi dəfə uçot dərəcəsi endirilsə də, iqtisadi fəallıq zəif olaraq qalır. İqtisadçılar inflyasiyanın tam nəzarətə alınması üçün iqtisadiyyatın canlanmasının vacib olduğunu bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 31 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















