Almaniyada inflyasiya son 7 ayın ən yüksək səviyyəsinə çatıb
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Statistika İdarəsi (Destatis) sentyabr ayına dair ilkin inflyasiya göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, buna görə, Almaniyanın Aİ standartlarına uyğun ilkin inflyasiya dərəcəsi 2,1 faizdən 2,4 faizə yüksəlib. Bu, mart ayından bəri qeydə alınan ən yüksək inflyasiya səviyyəsidir.
Bloomberg-in iqtisadçılar arasında apardığı sorğuya əsasən, orta proqnoz Almaniyada istehlak qiymətlərinin illik əsasda 2,2 faiz artacağı istiqamətində idi.
Almaniyanın aylıq ilkin inflyasiyası isə 0,1 faizlik gözləntinin üzərində 0,2 faiz olaraq açıqlanıb.
Bu inflyasiya göstəriciləri Avrozonanın digər böyük iqtisadiyyatlarında inflyasiyanın artmasının ardından gəlib. Fransa, İtaliya və İspaniyada inflyasiya daha yüksək səviyyələrdə qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 Sentyabr 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















