Almaniyada iyunda sudaboğulma halları son 23 ilin ən yüksək həddinə çatıb
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
İyun ayında Almaniyada 99 nəfər suda boğularaq həyatını itirib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu 2003-cü ildən sonra iyun ayı üzrə qeydə alınan ən yüksək göstəricidir. Həmin ilin iyununda 107 nəfər suda boğulmuşdu.
Məlumata görə, iyunda ölüm hallarının böyük hissəsi göllərdə və çaylarda qeydə alınıb. Ümumilikdə suda boğulanların 90 faizindən çoxunu kişilər təşkil edib. Gənclər arasında qeydə alınan bütün ölüm hallarında zərərçəkənlər kişi olub.
Ölənlərdən 40 nəfərin yaşı 30-dan aşağı, 35 nəfərin yaşı isə 50-dən yuxarı olub. Ən çox ölüm hadisəsi Şimali Reyn-Vestfaliya (22), Bavariya (21) və Baden-Vürtemberq (13) əyalətlərində baş verib.
Mütəxəssislər güclü istilər zamanı insanların su hövzələrinə axınının artmasının bu riskləri yüksəltdiyini bildirirlər. Xüsusilə çaylarda axınların, su temperaturundakı fərqlərin və üzgüçülük imkanlarının düzgün qiymətləndirilməməsi təhlükə yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 12 İyul 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















