Almaniyada kimya zavodunda qəza olub, ölən və yaralılar var
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın Saksoniya-Anhalt torpağının Amsdorf şəhərindəki Romonta kimya zavodunda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Qeyd edək ki, hadisə səhər tezdən təmir işləri aparılan zaman baş verib. Polis zavodda təhlükəli maddələrin sızması barədə məlumat verib.
Zavodun iki əməkdaşı xəstəxanada müalicə olunur. Digər iki yaralı isə xilasetmə işləri aparan tibb işçiləridir. Onların xəsarətlərinin xarakteri məlum deyil.
Romonta ayaqqabı boyası və cilalanması üçün istifadə edilən mineral mum istehsalı üzrə dünyanın ən böyük istehsalçısıdır.
Bu mövzuda digər xəbərlər:Almaniyada məşhur təkər zavodunda PARTLAYIŞ: Yaralılar var
06 Mart 2025 17:50
Almaniyada silahlı insident olub, ölən və yaralanan var
22 Avqust 2025 22:56
Moskva vilayətində kimya zavodunda partlayışlar olub, ölən və yaralananlar var
01 Oktyabr 2026 22:41
Özbəkistanda iri kimya zavodunda yanğın: ölən var
11 Mart 2025 17:00
Almaniyada polislərə hücum başladı: yaralılar var
01 Noyabr 2026 22:00
Baxış sayı:123
Bu xəbər 17 Sentyabr 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















