Icma.az
close
up
RU
Almaniyada kütləvi tətillər başlayıb: 13 hava limanının işçiləri tətil edir

Almaniyada kütləvi tətillər başlayıb: 13 hava limanının işçiləri tətil edir

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Minlərlə aviareys ləğv olunub, 500 mindən çox sərnişinin səyahət planları pozulub

Almaniyada kütləvi tətillər başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, aeroport işçilərinin tətili bazar günü Hamburq hava limanında başlayıb və bütün ölkəyə yayılıb. Minlərlə aviareys ləğv olunub, 500 mindən çox sərnişinin səyahət planları pozulub.

Tətil ölkənin ən böyük Frankfurt hava limanı ilə yanaşı, Berlin, Bremen, Köln, Dortmund, Düsseldorf, Hamburq, Hannover, Leypsiq, Münhen və Ştutqart hava limanlarını da əhatə edib.

Hamburq hava limanında bazar ertəsi planlaşdırılan 143 reyslərin hamısı ləğv edilib. Münhen hava limanı "əhəmiyyətli dərəcədə azaldılmış uçuş cədvəli" barədə xəbərdarlıq edib və dünən gözlənilən 820 reysin əksəriyyətini ləğv edib.

Frankfurtda yerləşən “Lufthansa” bütün marşrutları üzrə "gecikmələr və geniş ləğvləri" təsdiqləyib. Aviaşirkətin dünənə planlaşdırılan 1770 reysinin bir çoxu ləğv edilib.

Frankfurt, Münhen, Berlin və digər böyük şəhərlərdəki sərnişinlərə hava limanlarına getməkdən çəkinmələri tövsiyə olunub.

Almaniyada dövlət sektoru və nəqliyyat işçilərini təmsil edən Verdi Həmkarlar İttifaqı hava limanı işçilərinin maaşının 8% artırılmasını (ayda ən azı 350 avro), həmçinin əlavə mükafatların və əlavə məzuniyyət vaxtının verilməsini tələb edir. İşəgötürənlər indiyədək bu tələbləri qeyri-mümkün sayıblar.

Verdi hava limanındakı tətillə yanaşı, ötən həftədən bəri tullantı qutularının boşaldılmadığı Berlin, Essen və Kiel də daxil olmaqla Almaniyanın bir sıra şəhərlərində tullantı yığanları tətil etməyə çağırıb.

DPA xəbər agentliyi Verdi nümayəndəsinə istinadən xəbər verir ki, tətillərin bu həftə federal hökumət və yerli hakimiyyət orqanları tərəfindən idarə olunan obyektlərdə davam edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 Mart 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri