Almaniyada məktəbdə bıçaqlı şəxsin hücumu nəticəsində bir nəfər xəsarət alıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlin, 8 oktyabr, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Festvaliya əyalətinin Paderborn şəhərində peşə məktəbində bıçaqlı insident baş verib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, məktəbə daxil olan bıçaqlı şəxsin hücumu nəticəsində bir nəfər ağır xəsarət alıb. Məktəbdə dərhal həyəcan siqnalı verilib. Hadisə ilə əlaqədar polis tərəfindən dərhal əməliyyat tədbiri keçirilib. Polis şübhəli şəxsi hadisə yerində aşkar edə bilməyib. Lakin həmin şəxs sonradan polis idarəsinə müraciət edərək hadisəni törətdiyini etiraf edib və təslim olub. Həmin şəxsin 25 yaşlı alman vətəndaşı olduğu bildirilir.
Onun xəsarət yetirdiyi gənc qız xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin də peşə məktəbində təhsil aldığı müəyyən edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Oktyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















