Icma.az
close
up
RU
Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib

Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin, 20 aprel, AZƏRTAC

Almaniyanın müxtəlif şəhərlərində ənənəvi Pasxa yürüşləri keçirilib. Minlərlə insan küçələrə çıxaraq sülh, silahsızlaşdırma və diplomatiya çağırışları ilə hökumətə müraciət ediblər.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ölkə üzrə keçirilən təxminən 70 aksiyaya minlərlə insan qatılıb. İlk yürüşlər səhər saatlarında Duysburq, Maynts, Volfsburq və Şverin şəhərlərində start götürüb. Bazar ertəsinə qədər davam edəcək bayram çərçivəsində Berlin, Bremen, Münxen, Leyptsiq və Ştutqart da daxil olmaqla, bir sıra şəhərlərdə 110-dan çox nümayiş, mitinq, veloyürüş və digər aksiyaların təşkili planlaşdırılır.

Builki yürüşlərdə əsas tələblərdən biri Almaniyada hərbi potensialın artırılmasına qarşı çıxmaq və hökumətdən ölkənin “müharibəyə hazırlıqlı” deyil, “sülhə qadir” olmasını təmin etməklə bağlı konkret addımlar atmaqdır. Bu il Pasxa yürüşlərinin iştirakçıları əsasən Rusiya-Ukrayna müharibəsi, Qəzza zolağında yaşanan gərginlik və ABŞ-ın Almaniyaya ortamənzilli raketlər yerləşdirmək istəyinə qarşı etirazlar səsləndiriblər.

Almaniyada Pasxa yürüşləri 1960-cı illərdən bəri keçirilir. Ən genişmiqyaslı aksiyalar “Soyuq müharibə” dövründə - 1980-ci illərdə baş tutub. Həmin vaxt yürüşlərdə yüz minlərlə insan iştirak edib. Pandemiya dövründə aksiyalara qoyulan məhdudiyyətlər, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra sülh hərəkatı daxilində yaranan fikir ayrılıqları son illərdə iştirakçıların sayının azalmasına səbəb olub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see291

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see225

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see208

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see135

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see133

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see127

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see122

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see122

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri