Icma.az
close
up
RU
“Almaniyada “Moskva menyusu“ böyük maraq doğurdu“ “Deutsche Welle“

“Almaniyada “Moskva menyusu“ böyük maraq doğurdu“ “Deutsche Welle“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1955-ci ilin məşhur diplomatik ziyafətinin menyusu ilk dəfə Almaniyada təqdim olunacaq

1955-ci ildə Almaniya kansleri Konrad Adenauerin Moskvada təşkil etdiyi tarixi ziyafətin menyusu Almaniyada böyük marağa səbəb olub. 

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Məlumatda deyilir ki, həmin axşam SSRİ rəhbəri Nikita Xruşşov və sovet nümayəndə heyətinə təqdim olunan yeməklər bu ilin payızında ilk dəfə Köln şəhərində xüsusi tədbir çərçivəsində hazırlanacaq.

Diplomatiyaya xidmət edən ziyafət

Tarixi ziyafət 1955-ci ilin sentyabrında Almaniya Federativ Respublikası ilə SSRİ arasında keçirilən ilk rəsmi danışıqlar zamanı təşkil olunub. Çətin keçən danışıqların sonunda tərəflər diplomatik münasibətlərin qurulması və son alman hərbi əsirlərinin və mülki şəxslərin vətənə qaytarılması barədə razılığa gəlib.

Tarixçilərin fikrincə, həmin səfər Qərbi Almaniyanın yeni Şərq siyasətinin başlanğıcı hesab olunur. Köln şəhərində keçiriləcək tədbirin təşkilatçıları hesab edirlər ki, o vaxt süfrə arxasında yaranan səmimi ab-hava da tərəflər arasında etimadın formalaşmasına müəyyən töhfə verib.

Tarixi menyu müasir təqdimatda

Ziyafət Köln Kafedralının yaxınlığında yerləşən və 160 ildən artıq tarixə malik "Excelsior Hotel Ernst" hotelində keçiriləcək. Mətbəx komandası 1955-ci ilin menyusunu olduğu kimi deyil, onun müasir interpretasiyasını hazırlayacaq. Arxiv sənədlərinə görə, o dövrdə qonaqlara qaz ciyəri paşteti, tısbağa şorbası, qulançarla vetçina, qaynadılmış qızılbalıq, cüyür budu və "Qara meşə" deserti təqdim olunub. Hər yeməyə Almaniyanın seçilmiş şərabları uyğunlaşdırılacaq.

"Şərab diplomatiyası"nın rəmzi 

Təşkilatçılar bildirirlər ki, həmin görüşdə Mosel bölgəsinin məşhur "Bernkasteler Doctor Riesling" şərabının süfrəyə verilməsi danışıqların gərginliyini azaltdığı üçün sonradan bu hadisə "şərab diplomatiyası" kimi tarixə düşüb. Adenauer daha sonra Nikita Xruşşov, Nikolay Bulqanin və Vyaçeslav Molotova həmin şərabdan hədiyyə olaraq bir yeşik göndərib.

Tədbirin təşkilatçıları vurğulayır ki, "Moskva menyusu"nun bugünkü Rusiya ilə heç bir siyasi əlaqəsi yoxdur. Layihənin məqsədi Konrad Adenauerin 150 illik yubileyini qeyd etmək, onun diplomatik fəaliyyətini və dialoqun tarixi əhəmiyyətini xatırlatmaqdır. Axşam yeməyi zamanı iştirakçılara həmin dövrün diplomatiyası və şərab mədəniyyəti haqqında da məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 İyul 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri