Icma.az
close
up
RU
Almaniyada müəllimlərin yarısı yarımştat işləyir

Almaniyada müəllimlərin yarısı yarımştat işləyir

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Almaniyada ümumi təhsil məktəblərində yarımştat işləyən müəllimlərin sayı artmaqdadır. Federal Statistika İdarəsinin məlumatına görə, 2023/2024 tədris ilində müəllimlərin 43,1 faizi yarımştat çalışıb. Bu, əvvəlki ilə nisbətən 0,8 faiz artım deməkdir və indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın müəllimlər arasında bu nisbət daha yüksəkdir – onların 50,7 faizi, kişilərin isə 22,6 faizi qismən işləyir. Ölkə üzrə 739 min 500 müəllimin əksəriyyətini qadınlar təşkil edir.

Statistika həm də müəllimlərin yaş ortalamasının yüksəldiyini göstərir. Ötən tədris ilində müəllimlərin 25 faizi 50–59 yaş aralığında, təxminən 10 faizi isə 60 yaşdan yuxarı olub. 35 yaşdan aşağı müəllimlərin payı isə cəmi 20,8 faizdir.

Əyalətlər üzrə fərqlər də diqqət çəkir: Saksoniya-Anhaltda müəllimlərin 54 faizi, Türingiyada 50 faizi 50 yaşdan yuxarıdır. Saarlandda bu göstərici 28,4 faiz, Bremendə isə 30,1 faizdir.

Qeyd edək ki, müəllimlər arasında yarımştat işləmə göstəricisi Almaniyanın ümumi əmək bazarındakı orta göstəricidən xeyli yüksəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri