Almaniyada pensiya yaşının 73 ə qaldırılması təklif olunur
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Almaniya Federal Hökumətinin Elmi Məsləhət Şurası demoqrafik meylləri nəzərə alaraq pensiya yaşının mərhələli şəkildə 73-ə çatdırılmasını təklif edib.
AzPost-un məlumatına görə, bu barədə Bild xəbər verir.
Dörd alman iqtisadçısının daxil olduğu elmi məsləhət qrupu öz hesabatında pensiya sistemində təcili islahatların aparılmasını tələb edir.
Onlar əlavə edirlər ki, Almaniyada qeyri-kafi məhsuldarlıq artımı üzündən və demoqrafik problemlər səbəbindən istehsal sahəsi uzun müddətdir ki, durğunluq yaşayır.
“Gələcək nəsillərə daha da böyük yük qoymadan sosial təminat sisteminin ölçüsünü saxlamaq istəyiriksə, daha çox işləməli olacağıq. Pensiya yaşı gözlənilən ömür uzunluğu ilə əlaqələndirilməlidir”, – deyə müəlliflər bildirir.
Mütəxəssislər misal olaraq Danimarkanı göstəriblər. Orada pensiya yaşının gözlənilən ömür uzunluğuna əsaslanır. Hazırkı hesablamalara görə, orada pensiya yaşının 2040-cı ilə qədər 70-ə yüksələcəyi gözlənilir.
Almaniyada pensiya yaşı hazırda 65-dir. Lakin 2031-ci ilə qədər bu yaş 67-yə yüksələcək. 2006-cı ildən bəri bu yaş gözlənilən ömür uzunluğuna uyğun olaraq davamlı olaraq tənzimlənir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















