Almaniyada pilotsuz uçuş aparatlarına qarşı müdafiə mərkəzi açılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlin, 17 dekabr, AZƏRTAC
Almaniya hökuməti və federal əyalətlər tərəfindən Pilotsuz Uçuş Aparatlarına Qarşı Birgə Müdafiə Mərkəzi (GDAZ) istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin bununla bağlı məlumatında Mərkəzin federal və əyalət polis orqanları, Silahlı Qüvvələr və digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığının həyata keçirildiyi platforma kimi fəaliyyət göstərəcəyi bildirilib.
Daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, Mərkəz hibrid təhlükələrə və təxribatlara qarşı əməliyyat sürətini və dəqiqliyi artırır.
Fasiləsiz rejimdə fəaliyyət göstərəcək GDAZ təhlükəsizlik risklərinə operativ şəkildə cavab vermək, vəziyyətin qiymətləndirməsini aparmaq və əməliyyatları əlaqələndirmək məqsədilə yaradılıb. Mərkəz, həmçinin təhlükəsizlik aktorları, əlaqədar təşkilatlar və elmi müəssisələrlə əməkdaşlıq quraraq milli, Avropa və beynəlxalq şəbəkələrdə Almaniyada dayanıqlı və müasir pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanlarını gücləndirəcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 17 Dekabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















