Icma.az
close
up
RU
Almaniyada polis əməkdaşına bıçaqla hücum edən şəxs zərərsizləşdirilib

Almaniyada polis əməkdaşına bıçaqla hücum edən şəxs zərərsizləşdirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 26 iyun, AZƏRTAC

Almaniyanın Baden-Vürtemberq əyalətinin Vangen qəsəbəsində polis əməkdaşına bıçaqla hücum edərək ona xəsarət yetirən şəxs güllələnərək zərərsizləşdirilib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə sığınacaq axtaran şəxs qismində ölkədə olan və barəsində azadlıqdan məhrumetmə hökmü çıxarılmış 27 yaşlı əfqan gəncin saxlanılması zamanı baş verib. Polis onun yaşadığı ünvana yaxınlaşarkən, həmin şəxs qəfildən bıçaqla hücum edib. Hücum nəticəsində bir polis əməkdaşı ağır xəsarətlər alıb.

Polis hücumun qarşısını almaq üçün həmin şəxsə bir neçə dəfə atəş açıb. Ona təcili tibbi yardım göstərilməsinə baxmayaraq, hadisə yerində ölüb.

Baden-Vürtemberq əyalətinin daxili işlər naziri Tomas Strobl polis əməkdaşlarına qarşı hücumu qətiyyətlə pisləyərək deyib: “Kim polisə bıçaqla hücum edirsə, öz həyatını təhlükəyə atır”.

Almaniya Polis İttifaqının məlumatına əsasən, 2025-ci ildə təkcə Baden-Vürtemberq əyalətində polis tərəfindən odlu silahdan istifadə halı yeddi dəfə baş verib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see281

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see230

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see200

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see191

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see176

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see175

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see157

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see146

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see139

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see134

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see126

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see126

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see126

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see126

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri