Icma.az
close
up
RU
Almaniyada qalmaqal: restoranda israillilərə qarşı ayrı seçkilik

Almaniyada qalmaqal: restoranda israillilərə qarşı ayrı seçkilik

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Musavat.com xəbər verir ki, Bavariyanın Fürt şəhərində yerləşən restoranlardan birində qalmaqallı elan asılıb.

Müəssisənin qapısında “israilli vətəndaşların xoş qarşılanmadığı” barədə yazı yerləşdirilib. Bu hadisə yerli yəhudi icmasının və ictimaiyyətin kəskin narazılığına səbəb olub.

Yəhudi icmasının reaksiyası

Fürt Yəhudi icmasının rəhbəri Yuliya Çekalina bu addımı açıq antisemitizm kimi qiymətləndirib:
“Belə bir ayrı-seçkilik sadəcə utanvericidir və dəhşətlidir. Bu, mənə 1933-cü ili xatırladır. Həmin dövrdə də məhz belə başlanmışdı”.

İcma rəhbərliyi məsələ ilə bağlı hüquqi addımlar atmağı da nəzərdən keçirir. 

Restoran sahibinin mövqeyi

Restoran sahibi DPA agentliyinə açıqlamasında elanın həqiqətən asıldığını təsdiqləyib, lakin bunun antisemit xarakter daşımadığını iddia edib. Onun sözlərinə görə, yazı təxminən iki-üç saat ərzində içəridə qalıb, daha sonra isə götürülüb.

Bəyanatda qeyd olunub: “Biz bütün insanları sevirik, mənşəyindən asılı olmayaraq. Dünyadakı ədalətsizliklərə susa bilmərik. Buna görə etiraz etməyə qərar verdik. Bu, nə siyasi, nə də irqi xarakter daşıyır. Amma: israilli vətəndaşlar müəssisədə xoş qarşılanmır. Onlar yalnız gözlərini, qulaqlarını və qəlblərini açdıqdan sonra burada yenidən xoş qarşılanacaqlar.”

Rezonans

Çekalina isə bildirib ki, İsrail hökumətinin hərbi əməliyyatlarını tənqid etmək mümkündür və bunu israillilərin özləri də edirlər. Lakin belə bir elan bütöv bir xalqın hədəfə alınması deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Sentyabr 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see237

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see225

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see172

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see159

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see148

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see142

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see139

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see134

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see124

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri