Almaniyada sərnişin qatarı relslərin üzərinə düzülmüş beton plitələrə çırpılıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyada sərnişin qatarə naməlum şəxslərin relslərin üzərinə qoyduğu beton plitələrə çırpılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Hadisə ötən gecə Rur bölgəsində baş verib. Axendən Hamma hərəkət edən qatar Kamen şəhəri yaxınlığında plitələrə çırpılıb. Maşinist onları görərək təcili əyləci işə salsa da, qəzanın qarşısını almaq mümkün olmayıb.
Polisin məlumatına görə, qatarda olan maşinist və 309 sərnişin xəsarət almayıb. Lakin qatara ciddi ziyan dəydiyi üçün hərəkətini davam etdirə bilməyib və sərnişinlər üçün əlavə qatar ayrılıb.
Hüquq-mühafizə orqanları hesab edir ki, plitələr relslərin üzərinə qəsdən qoyulub. Polis hadisənin siyasi motivli ola biləcəyini də istisna etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:289
Bu xəbər 22 Mart 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















