Almaniyada siyasi böhran: Müxalifət etimad səsverməsi tələb edir, Şolts yola salınır?
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Almaniyanın əsas müxalif Xristian İttifaqı (CDU/CSU) partiyaları baş nazir Olaf Şoltsa qarşı hərəkətə keçiblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar kanslerdən dərhal "etimad səsverməsi" keçirməyi tələb etməyə başlayıblar.
Xristian Demokratik Birlik Partiyasının (CDU) sədri Fridrix Merz bildirib ki, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiyası dünən gecə dağılıb: "Ona görə, yanvar ayında parlamentə etimad səsverməsi təqdim etmək üçün heç bir səbəb yoxdur. Çünki hökumət parlamentdə faktiki çoxluğa sahib deyil. O səbəbdən biz, yəni CDU/CSU parlament fraksiyası Olaf Şoltsa dərhal, ən geci gələn həftə etimad səsverməsi keçirməyi tələb edirik".
Xatırladaq ki, bu səsvermə olarsa, Şoltsa yetərli etimad göstərilməyəcəyi dəqiqdir. Belə olan halda, ölkə 21 gün ərzində yeni seçki qərarı verməlidir. Artəq prezident Frank-Valter Staynmeyer də yeni seçkinin anonsunu verib: "21 gün ərzində parlamenti buraxıla bilər..."
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Noyabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















