Icma.az
close
up
RU
Almaniyada son üç ildə sənaye istehsalında ən böyük azalma qeydə alınıb

Almaniyada son üç ildə sənaye istehsalında ən böyük azalma qeydə alınıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Almaniyada avqust ayında sənaye istehsalının həcmi avtomobil istehsalında kəskin azalma nəticəsində gözləniləndən çox daha kəskin şəkildə azalıb. Bu, ABŞ tərəfindən tariflərinin tətbiqi ərəfəsində tələbin azalması fonunda baş verib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Federal Statistika İdarəsi çərşənbə günü sənaye istehsalının əvvəlki ayla müqayisədə 4,3 faiz azaldığını, bunun 2022-ci ilin martından bəri ən böyük azalma olduğunu bildirib.

Statistika İdarəsinin məlumatına görə, Almaniyanın ən böyük sənaye sektoru olan avtomobil sənayesində zavodların illik tətillərə bağlanması və istehsalın yenidən tənzimlənməsi səbəbindən istehsal həcmləri əvvəlki ayla müqayisədə 18,5 faiz azalıb.

Almaniyanın ən böyük ticarət tərəfdaşı olan ABŞ tərəfindən tələbat, Prezident Donald Trampın tətbiq etdiyi tarifləri gözləyərkən bir neçə ay ərzində ilkin alışlardan sonra yavaşlayıb.

“Commerzbank”ın baş iqtisadçısı Ralf Solvinin sözlərinə görə, bugünkü məlumatlar Almaniya iqtisadiyyatının üçüncü rübdə praktiki olaraq artmadığının daha bir sübutdur.

Alman iqtisadiyyatı artıq illərdir Rusiya-Ukrayna müharibəsindən sonra enerjidaşıyıcılara artan qiymətlər səbəbindən çətinliklərlə üzləşir.

Statistika İdarəsinin məlumatına görə, ümumi göstəriciyə həmçinin maşın və avadanlıqların, əczaçılıq preparatlarının, elektro-texniki və kompüter avadanlığının, elektron və optik malların istehsalının əhəmiyyətli dərəcədə azalması da təsir edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 05:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri