Icma.az
close
up
RU
Almaniyada suriyalı qaçqınlar problemi aktuallaşıb

Almaniyada suriyalı qaçqınlar problemi aktuallaşıb

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Bundestaqın (Almaniya parlamenti) Məxfi Xidmət orqanlarının fəaliyyətinin monitorinqi komitəsinin rəhbəri, XDİ-nin nümayəndəsi Mark Henrixmann “Bild” nəşrinə müsahibəsində bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.
“Almaniyada qalmaq üçün iqtisadi stimullar suriyalıların ölkələrinin yenidən qurulmasında iştirak etmək marağından üstün olmamalıdır. Almaniyada qalmaq və ya Suriyaya qayıtmaq qərarı iqtisadi səbəblərə görə verilməməlidir”, - siyasətçi deyib.
Onun sözlərinə görə, Almaniya Suriyada vəziyyətin sabitləşməsində, yenidənqurmada və təhlükəsizlik məsələlərində əməkdaşlıq etməlidir. Suriyalıların öz vətənlərinə könüllü getmələri üçün Berlin səy göstərməlidir, lakin bunun üçün Suriyada lazımi şəraitin yaradılması təmin olunmalıdır.
Hakim Xristian-Demporatlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (XDİ/XSİ) fraksiyasının spikeri, XDİ-nin Daxili Siyasət üzrə eksperti Aleksandr Trom xatırladıb ki, suriyalıların öz ölkələrindən qaçmasının ilkin səbəbi Bəşər Əsəd rejiminin terroru olub və indi bu, təhlükə aradan qaldırılıb. Buna görə də, Suriya vətəndaşlarının öz ölkələrinə qayıdıb onun yenidən qurulmasında iştirak edəcəyini gözləmək olar.
- Bu, xüsusilə Almaniyada uzun müddət qalmayan və ya uzun illərdən sonra hələ də inteqrasiya olunmayanlar üçün düzgün qərardır. Bununla belə, yaxşı inteqrasiya olunmuş, özlərini və ailələrini tam təmin edən suriyalılar alman cəmiyyətinə töhfə verir və Almaniyada onların perspektivləri var”, - ekspert vurğulayıb.
Əsəd rejiminin süqutundan sonra yalnız çox az suriyalı qaçqın öz vətənlərinə qayıdıb. Almaniya Daxili İşlər nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bu yana dəyişən siyasi vəziyyətə və qayıdış üzrə Almaniyanın dövlət proqramının dəstəyinə baxmayaraq, rəsmi Berlinin səyləri nəticəsində Suriyaya yalnız 1867 qaçqın qayıdıb. Hazırda xüsusi hallar istisna olmaqla, suriyalılara sığınacaq verilməsi ilə bağlı qərarlar qəbul edilmir.
İyulun sonunda Almaniyada təxminən 955 min Suriya vətəndaşı yaşayırdı ki, bu da ilin əvvəli ilə müqayisədə təxminən 20 min azdır. Digər məqamlarla yanaşı, hər ay Almaniya pasportu alan Suriya vətəndaşları artıq əcnəbilərin statistikasına düşmürlər.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri