Almaniyada təbii qazla bağlı həyəcan siqnalı
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada təbii qazla bağlı həyəcan siqnalı.
Banco.az xəbər verir ki, Almaniyada təbii qaz anbarlarının doluluq səviyyəsi hazırda 50 faiz təşkil edir. Qanunvericiliyə əsasən, noyabrın 1-dək anbarların 80 faiz doldurulması tələb olunur. Lakin mövcud istisnalar nəzərə alınmaqla hesablanan 71 faizlik hədəfə belə çatmağın “demək olar ki, mümkünsüz” olduğu bildirilir.
Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin əsasən bazar dinamikalarına əsaslanan siyasət yürütməsi ölkədə enerji təchizatının təhlükəsizliyi ilə bağlı müzakirələri və tənqidləri artırıb.
Ekspertlər, sektor nümayəndələri və müxalifət qüvvələri mövcud tədbirlərin qış aylarında təbii qaz təchizatını təmin etmək üçün kifayət etmədiyini bildirirlər. Artan təzyiqlər fonunda İqtisadiyyat və Energetika Nazirliyi isə geri addım ata biləcəyinə dair siqnal verib.
Nazirliyin açıqlamasında vəziyyətin pisləşəcəyi təqdirdə sürətli və effektiv şəkildə tətbiq oluna biləcək tədbir variantlarının hazırlandığı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 Avqust 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















