Almaniyada terakt planlaşdıran əfqan saxlanıldı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Almaniyada terror aktı planlaşdıran Əfqanıstan vətəndaşı Danimarkanın Orhus şəhərində saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Federal Baş Prokurorluğunun məlumatında bildirilib.
Qeyd olunub ki, əməliyyat Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidməti əməkdaşlarının iştirakı ilə keçirilib.
Tavab M. adlı əfqan vətəndaşı Almaniya Cinayət Məcəlləsinə əsasən, qəsdən adam öldürməyə cəhddə iştirakda şübhəli bilinir.
İstintaq materiallarına əsasən, Tavab M. uzun müddətdir Danimarkada silah-sursat və partlayıcı qurğular üçün texniki vasitələrin əldə edilməsi ilə məşğul olub. O, hazırda ayrıca istintaqa cəlb olunan və başqa bir ölkənin xüsusi xidmət orqanı üçün işlədiyi ehtimal edilən Ali S. adlı şəxs ilə bu ilin mayından etibarən əlaqə saxlayıb. Mayın sonunda Tavab M. Orhus şəhərində Ali S.-ə tanımadığı üçüncü şəxs üçün silah təşkil edəcəyini və onu Almaniyada yəhudilərə məxsus obyektlərə qarşı hücum törətməyə razı salacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 Noyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















