Almaniyada terror törətmək istəyən şəxs saxlanıldı
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın hüquq-mühafizə orqanları, ölkənin şimalında yerləşən Elmshorn şəhərində Milad bayramı ərəfəsində (dekabr ayında) böyük terror aktı hazırlamaqda şübhəli bilinən 17 yaşlı Emin B.-ni saxlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə barədə "Bild" qəzeti məlumat verib.
Əldə edilən məlumatlara görə, gənc oğlan Milad bayramı ərəfəsində yük maşını ilə kütlənin üzərinə sürməyi planlaşdırıb. Flensburq prokurorluğu şübhəli şəxs haqqında “dövləti təhdid edən ciddi zorakılıq aktının hazırlanması” şübhəsi ilə araşdırma aparır. Bildirilir ki, şübhəli şəxs bomba hazırlamaq üçün lazımi maddələr alıb, Almaniyadakı konsulluq idarələrini hədəfə alıb və ABŞ, İraq və Mərakeşdəki islamçı qruplarla əlaqə saxlayıb.
Bundan əlavə, hüquq-mühafizə orqanları Eminin tərəfdaşı olduğu ehtimal edilən B. Belal R.-ni də saxlayıb və onun evində axtarış aparılıb, bir sıra sübutlar tapılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Dekabr 2024 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















