Almaniyada vətəndaşlara XƏBƏRDARLIQ: Özünüzə ərzaq ehtiyatı yığın
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Almaniyada vətəndaşlara kritik infrastrukturlara təhlükələrin artması və elektrik enerjisinin uzunmüddətli kəsilməsi halında ən azı 3 günlük evdə kifayət qədər təxirəsalınmaz hallarda zəruri ehtiyac duyulan ləvazimatlar və ərzaq ehtiyatı saxlamaları xəbərdarlığı edilib.
Ölkə.Az xəbər verir ki, bu barədə Almaniyada Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal Ofisin rəis müavini Rene Funk yerli mətbuata verdiyi açıqlamada məlumat verib.
Beynəlxalq gərginliyin artması və kiber təhdidlər səbəbiylə bu cür hazırlıqların zəruri hala gəldiyini ifadə edən Funk vətəndaşlara səslənərək deyib ki, fövqəladə hallara hazır olsunlar. "Hər gün çoxlu hibrid hücumlarla qarşılaşırıq", o qeyd edib.
O, insanlara gündəlik adambaşına ən az 1,5 litr su və konservləşdirilmiş qidaların saxlanmasının vacibliyini bildirib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Dekabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















