Almaniyada Volkswagen işçiləri tətilə hazırlaşırlar
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" şirkətinin işçiləri rəhbərliyin kollektiv danışıqlarla bağlı mövqeyini dəyişməyəcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən etibarən tətilə başlayacaqları barədə xəbərdarlıq ediblər.
Banco.az xəbər verir ki, bu barədə IG Metall həmkarlar ittifaqının Aşağı Saksoniya üzrə regional rəhbəri və "Volkswagen" üzrə baş danışıqçı Torsten Gröger Hannoverdə keçirilən iclasdan sonra bildirib.
Onun sözlərinə görə, şirkət rəhbərliyi kollektiv danışıqları birtərəfli qaydada dayandırmaq qərarını gələn həftənin sonunadək dəyişməsə, "Volkswagen" zavodlarında genişmiqyaslı tətil aksiyaları başlaya bilər.
"Volkswagen" İş Şurasının rəhbəri Daniela Cavallo isə şirkətin xərclərin azaldılması planlarını tənqid edib. O, qənaət tədbirlərinin yükünün əsasən işçilərin üzərinə qoyulmamalı olduğunu vurğulayıb.
Qeyd edək ki, sentyabrın 30-da "Volkswagen" iqtisadi çətinliklər və xərclərin azaldılması tədbirləri çərçivəsində IG Metall həmkarlar ittifaqı ilə imzalanmış bir sıra daxili kollektiv müqavilələri birtərəfli qaydada ləğv etmək qərarını açıqlayıb. Bu qərar tərəflər arasında əmək münasibətlərində gərginliyi artırıb.
Baxış sayı:57
Bu xəbər 24 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















