Almaniyada yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub, bir polis əməkdaşı öldürülüb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 21 avqust, AZƏRTAC
Almaniyanın Saarland əyalətinin Völklingen şəhərində yanacaqdoldurma məntəqəsinə silahlı basqın nəticəsində bir polis əməkdaşı həlak olub.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsini qarət edərək pul və bir sıra əşyalar ələ keçirən maskalı şəxsin saxlanılması zamanı baş verib. İki polis əməkdaşı şübhəli şəxsi təqib edərək onu saxlamağa çalışarkən qarşıdurma yaşanıb. Qarşıdurma zamanı şübhəli şəxs polis nəfərlərindən birinin xidməti silahını ələ keçirərək dəfələrlə atəş açıb. Atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb və xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəli şəxs də atışma zamanı yaralanaraq hadisə yerində saxlanılıb. Hazırda o, nəzarət altındadır. Hadisə ilə bağlı istintaq davam edir.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə bağlı yüzlərlə hüquq-mühafizə əməkdaşı əraziyə cəlb olunub. Rəsmilər əhalinin təhlükədə olmadığını bildiriblər.
Hadisə Almaniyada hüquq-mühafizə orqanlarına qarşı baş verən ən son və ciddi silahlı insidentlərdən biri kimi qiymətləndirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 Avqust 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















