Almaniyada yük maşını aşıb, 20 nəfər yaralanıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Almaniyanın Hamburq şəhəri yaxınlığında baş verən zəncirvarı qəzada 20 nəfərə yaxın şəxs xəsarət alıb.
APA-nın “Bild” nəşrinə istinadən xəbərinə görə, ilkin ehtimala əsasən hadisə yük avtomobilinin təkərlərindən birində yaranan nasazlıq səbəbindən baş verib.
Nəticədə nəqliyyat vasitəsi idarəetməni itirərək çevrilib, bundan sonra isə bir neçə maşınla toqquşub.
Qəzada xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Hadisə zamanı avtomobildəki yük ətrafa dağılıb və magistral yolda tıxac yaranıb. Hazırda mütəxəssislər alternativ yoldan hərəkətə icazə verilməsi imkanlarını araşdırır.
Baxış sayı:115
Bu xəbər 06 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















