Icma.az
close
up
RU
Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır

Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycanda bəziləri belə bir rəy yaradır ki, Almaniyada demokratiya fantan vurur. İş o yerə çatıb ki, 19 nəfər türkəsilli şəxs parlamentə seçilib. Bəli, bütün Qərb ölkələrində, o cümlədən Almaniyada azad və ədalətli seçki keçirilir. Bu, birmənalıdır. Ancaq bu işdə bir əmma var. Əmma isə odur ki, Almaniya seçki sistemini elə qurub ki, yalnız manqurtlar irəli gedə bilər. Özü də bu, bütövlükdə Qərbdə belədir. Yəni qeyri-alman və ya qeyri-fransız… öz millətinə və dövlətinə xəyanət etməlidir ki, deputat seçilsin və ya ciddi bir vəzifə alsın. Cem Özdəmir kimi.

Axar.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, 1965-ci il təvəllüdlü Cem Özdəmir hazırda Almaniyada nazirdir:

“Bir müddət Almaniya və Avropa parlamentində deputat olub. Türkiyədə onun haqqında “sözde türk” ifadəsi işlədilir, bizim tükcədə isə beləsinə “qondarma türk” deyilir. Cem Özdəmirin atası çərkəz, anası isə türkdür. Türkiyədə doğulub. Sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. Xeyli müddətdir ki, o, təhlükəsizlikdən dolayı Almaniyada polis nəzarəti altındadır. Niyə? Çünki Almaniyadakı türklər ona nifrət edir.

Cem Özdəmir ciddi transformasiyaya uğramış biridir. Diqqət edin: 5 aprel 2001-ci ildə "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc olunan açıqlamada Özdəmir deyir: "Almaniya parlamenti Fransa parlamentinin yolu ilə getməli deyil və ermənilərin kütləvi şəkildə öldürülməsini soyqırım kimi təsnif etməməlidir. Tarixi hadisələrə rəsmi təriflər vermək parlamentlərin işi deyil. Bu, tarixçilərin işidir. Bu, keçmişə bağlı məsələdir, tarixə qiymət vermək Bundestaqın səlahiyyətinə daxil deyil”.

Sonra o, sözlərini geri götürdü. 12 mart 2015-ci ildə Özdəmir İrəvan şəhərindəki “Erməni soyqırımı” memorialını ziyarət etdi və qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıdı, Türkiyəni də “soyqırımı” tanımağa çağırdı. Müsahibəsində o bildirib: "Hesab edirəm ki, Almaniya açıq şəkildə erməni soyqırımı məsələsini gündəmə gətirməlidir. Biz iki ölkənin dostu kimi Ermənistan-Türkiyə sərhədinin açılmasına kömək etməliyik (Diqqət edin: Azərbaycan ərazisinin 20 faizi o vaxt ermənilərin işğalı altında idi, adam deyir ki, Türkiyə Ermənistanla sərhəddini açsın. Yəni Azərbaycanı boş verin, ermənilər Azərbaycana nə edibsə, yaxş edib). Hər iki ölkənin dostu kimi biz səy göstərməliyik ki, Ermənistan-Türkiyə münasibətləri Fransa-Almaniya və ya Polşa-Almaniya münasibətləri kimi olsun".

2016-cı ildə Özdəmir Bundestaqda 1915-ci il qırğınlarını rəsmi olaraq “soyqırım” kimi təsnif edən qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış etdi. Yəni Almaniya qondarma türkün əli ilə ermənilərə qahmar çıxdı. Qətnamə 2 iyun 2016-cı ildə qəbul edildi.

Cem Özdemirin siyasi baxışları nədən 180 dərəcə dəyişdi? Adam başa düşdü ki, Almaniyada irəli getməyin yolu Türkiyəni söyməkdən, daşnakları və PKK-nı öyməkdən keçir...

Bir başqasına baxaq: Sevim Dağdelen (1975). Bu xanımın atası türk, anası kürddür. O da qondarma türkəsillilərdən biridir. Düşünün ki, adam YPG-nin (ABŞ-ın Suriyada dəstək verdiyi terrorçu kürd silahlı dəstəsi) bayrağını Almaniya parlamentinə gətirib. Almaniyada isə YPG-nin bayrağı qanunla qadağan olunub. Buna baxmayaraq Almaniyada bu xanıma “gözün üstə qaşın var” deyən olmadı.

Yəni Almaniya parlamentinə türkəsilli yox, erməni-daşnak təfəkkürlü, PKK düşüncəli qatı türk düşmənləri seçilib. O seçilən 19 deputatın içində heç 3-4 nəfər Türkiyəyə canıyanan adam tapa bilməzsiz. Türkiyəni sevməyən Azərbaycanı heç sevməz!

Yeri gəlmişkən, Almaniya Bundestaqında 735 deputat var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Fevral 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri