Almaniyadan Ərdəbilin 300 illik xəritəsi gətirildi Foto
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ərdəbil şəhərinin 300 il əvvələ aid olan xəritəsi Almaniyadan alınaraq Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatına bağışlanılıb.
Kult.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, bu, 40 ildir Almaniyada yaşayan azərbaycanlı həkim və cərrah Məhəmməd Şəriətin əməyi nəticəsində baş tutub.
"Ərdəbilin 300 il əvvəlki vəziyyətini əks etdirən xəritə və şəkillər o dövr avropalı səyyahlar tərəfindən tərtib edilib və bu günə kimi bəzi muzeylər və şəxsi kolleksiyalarda saxlanılırdı", - həkim bildirib.
Almaniyaya getməzdən əvvəl Ərdəbilin tarixi Üç dükan bölgəsində mağazası olduğunu deyən Məhəmməd Şəriət bu xəritə və fotoları öz şəxsi vəsaiti hesabına alaraq doğma şəhərinə hədiyyə etdiyini söyləyib:
"Almaniyada yaşamağıma baxmayaraq, Ərdəbillə bağlı unudulmaz uşaqlıq və gənclik xatirələrim məni bu addımı atmağa sövq etdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















