Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Almaniyanın sabiq prezidenti Kristian Vulf Türkiyənin qlobal sistemdə artan rolundan və Berlin-Ankara münasibətlərindəki potensialdan danışıb.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, dünyanın Türkiyəyə ehtiyacı Türkiyənin dünyaya ehtiyacından daha çoxdur və bu münasibətlərin əsasını qarşılıqlı etimad təşkil edir.
Vulf bildirib ki, Almaniyanın Türkiyədə imici hələ də müsbətdir və bu amil iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün ciddi imkan yaradır.
Sabiq prezident qeyd edib ki, tədarük zəncirlərinin istiqaməti dəyişir və Hörmüz boğazı üzərindən Aralıq dənizi limanlarına doğru axın müşahidə olunur. Bu isə Türkiyənin geosiyasi və strateji əhəmiyyətini daha da artırır.
O əlavə edib ki, Aralıq dənizi limanlarında yüklənmənin artması fonunda Türkiyə həm coğrafi mövqeyi, həm də nisbətən aşağı əmək xərcləri ilə Almaniya üçün cəlbedici tərəfdaşa çevrilir və Berlin bu imkanlardan istifadə etmək niyyətindədir. (musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 29 Aprel 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















