Icma.az
close
up
RU
Almaniyadan İrana Həmas xəbərdarlığı: Pezeşkian belə cavab verdi

Almaniyadan İrana Həmas xəbərdarlığı: Pezeşkian belə cavab verdi

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Cenevrədə İran və ABŞ arasında keçiriləcək növbəti nüvə danışıqları ərəfəsində beynəlxalq səviyyədə gərgin siyasi bəyanatlar səslənməkdə davam edir. Almaniya İranı regiondakı silahlı qruplaşmalara dəstəyi dayandırmağa çağırdığı halda, Tehran danışıqlara nikbin yanaşdığını açıqlayıb.

Globalinfo.az xəbərinə görə, Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, İran ABŞ-la aparılan danışıqlar çərçivəsində Qəzzadakı HƏMAS, Livandakı “Hizbullah” və Yəməndəki husilər də daxil olmaqla silahlı qruplara dəstəyini dayandırmaq öhdəliyi götürməlidir.

O vurğulayıb ki, Almaniya İsrail dövlətinin təhlükəsizliyi ilə bağlı xüsusi məsuliyyət daşıyır.

Berlin rəsmiləri eyni zamanda İranın Cenevrədə planlaşdırılan nüvə danışıqlarında konstruktiv mövqe sərgiləyəcəyinə ümid etdiklərini bildiriblər.

İran prezidenti Məsud Pezeşkian isə qarşıdakı ABŞ-İran dialoqu ilə bağlı nikbin olduğunu deyib. Onun sözlərinə görə, ölkənin xarici işlər naziri Abbas Əraqçi danışıqlarda iştirak etmək üçün artıq Cenevrəyə yollanıb və Tehran müharibə vəziyyətindən çıxmağa çalışır.

Bununla yanaşı, İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kövsəri ABŞ-ı regiondan hərbi dəniz qüvvələrini çıxarmağa çağırıb və mümkün hərbi addımların cavabsız qalmayacağını bildirib.

ABŞ prezidenti Donald Tramp isə Tehranla nüvə proqramı üzrə razılaşmaya üstünlük verdiyini desə də, hərbi ssenarinin də istisna olunmadığını vurğulayıb. Bildirilir ki, fevralın 26-da Cenevrədə keçiriləcək danışıqların üçüncü raundunda İran nümayəndə heyətinə Abbas Əraqçi, ABŞ tərəfinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edəcək.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi isə xəbərdarlıq edib ki, danışıqların uğursuzluğu regionda güc tətbiqi riskini artıra bilər və mövcud böhranın yalnız razılaşma yolu ilə həlli mümkündür.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri