Almaniyadan Türkiyə ilə bağlı ETİRAF: Gücləndi, birlikdə çalışmalıyıq
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Almaniyanın əsas müxalif Xristian Demokrat Birlik Partiyasının (CDU) sədri Fridrix Merts Türkiyə ilə daha da güclü çalışmalı olduqlarını vurğulayıb.
Publika.az xəbər verir ki, Merts Almaniyanın RTL telekanalına Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə bağlı qiymətləndirmə edib.
O, Rusiyanın zəiflədiyini iddia edib: "Çünki Rusiya Suriyanı və oradakı rejimi qoruyan bir güc idi. Türkiyə isə gücləndi. Türkiyə indi bütün Yaxın Şərq bölgəsində daha da böyük rol oynayacaq. Bu halda təkcə almanlara deyil, avropalılara da yaxşı məsləhət olardı ki, biz indi bu bölgədə siyasi sülhün bərqərar olması üçün Türkiyə ilə daha güclü çalışmalıyıq. Bu, indi Almaniya və Avropa siyasətinin vəzifəsidir”.
Merts qeyd edib ki, indi Suriyada həqiqətən nə baş verdiyini və vətəndaş müharibəsinin bitib-bitmədiyini anlamaq üçün gözləmək lazımdır.
Roza
Baxış sayı:76
Bu xəbər 10 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















