Almaniyadan Ukraynaya 50 milyonluq dəstək Qış hazırlıqları başladı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Almaniya Ukraynaya humanitar yardım çərçivəsində əlavə 50 milyon avro ayırmağa hazır olduğunu bəyan edib.
“Qafqazinfo” “Suspilne” telekanalına istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful məlumat verib.
Sözügedən vəsait birbaşa cəbhə xəttinə yaxın ərazilərdə təcili yardım göstərən təşkilatlara yönəldiləcək. Almaniyalı diplomatın sözlərinə görə, Berlin indidən Ukraynanın qış mövsümünə hazırlığına dəstək vermək üçün intensiv iş aparır.
Xatırladaq ki, bundan əvvəl Almaniya hakimiyyətinin Ukraynaya yardımları davam etdirmək naminə 2027-ci ildə əhali üçün vergi yükünü artırmağı və sosial xərclər büdcəsini ixtisar etməyi planlaşdırdığı bildirilirdi. Ölkənin yeni büdcə layihəsində müdafiə xərclərinin kəskin artırılması – 2026-cı ildəki 82.2 milyard avrodan 2027-ci ildə 109.7 milyard avroya çatdırılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Avqust 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















