Almaniyalı deputat Kanadaya Aİ yə qoşulmağı təklif etdi
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyalı Avropa Parlamenti deputatı Yoaxim Ştrayt Kanadanın Avropa İttifaqına üzv olması ideyasını müdafiə edir. Onun fikrincə, Kanada “azadlıq arzusu” və “Avropaya daha yaxın Amerika” obrazını təmsil edir.
Bakupost.az Euronews-a istinadən xəbər verir ki, mövzu, Kanadanın yeni baş naziri Mark Karneynin ilk xarici səfərini mart ayında ənənəyə zidd olaraq Vaşinqtona deyil, Avropaya etməsindən sonra aktuallaşıb. Karney Kanadanı “Avropaya aid olmayan ölkələr arasında ən Avropa ölkəsi” adlandırıb.
Ştrayt bu bəyanatdan və sorğularda kanadalıların 46%-nin Aİ-yə üzvlüyə müsbət yanaşmasından ruhlanaraq məsələni yenidən gündəmə gətirib.
Aİ Müqaviləsinin 49-cu maddəsi yalnız "Avropa dövlətlərinin" üzvlük üçün müraciət edə biləcəyini bildirsə də, Ştrayt bu anlayışın geniş izah oluna biləcəyini düşünür. O, Kipr və Aİ-nin dənizaşırı ərazilərini misal göstərir.
Cavidan Salmanov,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 05 May 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















