Icma.az
close
up
RU
Almaniyanın artan hərbi gücü Fransada qorxu yaradır Bloomberg

Almaniyanın artan hərbi gücü Fransada qorxu yaradır Bloomberg

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Almaniyanın tarixi yenidən silahlanmaya resurslar ayırmasına və hərbi gücünü artırmasına son dərəcə ehtiyatla yanaşır, çünki bunun qitədəki köhnə güc balansını pozacağından narahatdır.

Qaynarinfo "Bloomberg”ə istinadla yazır ki, Berlin məhz NATO ölkələrinin razılaşdığı işi görür: o, 2029-cu ilə qədər müdafiəyə 500 milyard avrodan çox vəsait xərcləməyi öhdəsinə götürüb və ÜDM-in 3,5%-ni hərbi ehtiyaclara investisiya etmək hədəfinə Alyansın tələb etdiyindən altı il tez çatıb.

Dekabrda Berlinə səfəri zamanı NATO-nun baş katibi Mark Rütte Almaniyanın artan hərbi gücünü bəyənib: "Bu, təhlükəsizliyimizi təmin etmək üçün bizə lazım olan qətiyyətin məhz özüdür. Almaniya nümunə göstərir".

Eyni zamanda, bəzi Avropa paytaxtlarındakı rəsmilər Bundesverin dominant qüvvə kimi yenidən dirçəlməsinə — xüsusən də Almaniyada ifrat sağçı millətçi partiyanın rekord dərəcədə yüksək reytinqlər topladığı bir vaxtda — şübhə ilə yanaşırlar.


Fransada təşviş artır

"Avropanın ən güclü ordularından birinə və dünyada ölkə daxilində hazırlanmış yeganə nüvə potensialına malik olan Fransada "şizofrenik” bir atmosfer hökm sürür. Bir tərəfdən, Almaniyanın müdafiə səylərini artırmasından doğan rahatlıq var. Lakin digər tərəfdən, Almaniya sənayesinin Fransa müdafiə sektorunu üstələyəcəyi ilə bağlı qorxular mövcuddur, çünki Paris Berlinin nə qədər böyük xərclərə yol verə biləcəyini anlayır", — deyə "Bloomberg” yazır.

Nəşrə şərh verən dörd fransız rəsmi Almaniyanın artan hərbi gücü ilə bağlı ümumi bir narahatlıq hissinin olduğunu bildirib.

"Fransa kövrək bir vəziyyətdədir və Almaniyanın belə bir qətiyyətlə vəsait yatırması, şübhəsiz ki, bizi yol kənarında qoya biləcək bir dinamika yaradacaq. Daxili qeyri-sabitlik Fransanın geosiyasi nüfuzunu zəiflədir", — deyə Avropa Parlamentinin fransız üzvü Fransua-Ksavyer Bellami bildirib.

Avropa siyasətinin mərkəzi yerini dəyişir

Almaniyanın əvvəlki Avropa münaqişələrindəki rolunu nəzərə alaraq, o, siyasətdə kölgədə qalmaqdan məmnun idi. Lakin indi yenidən silahlanma Avropa siyasətinin ağırlıq mərkəzini Berlinə doğru sürüşdürür.

"Avropada belə bir geniş yayılmış rəy var idi ki, Fransa geosiyasi güc, Almaniya isə iqtisadi güc olacaq, — deyə Marşall Fondunun baş vitse-prezidenti Klaudiya Meycor bildirib. - Almaniya siyasi nəhəng olmaq istəmirdi. İndi isə Almaniya hər ikisini edir, eyni zamanda Avropada öz yeni gücünü möhkəmləndirmək üçün səylər göstərir. Bu, Fransanı çətin vəziyyətə salır. Onların narahatlığı Almaniyadan çox, Fransanın özü haqqında çox şey deyir".

Kansler Fridrix Mersin dövründə Almaniya, getdikcə daha çox düşmən kimi rəftar edən Rusiyanı cilovlamaq və yenidən silahlanmaq üçün görünməmiş vəsait axını yaratmaq məqsədilə müdafiə xərcləri üçün borclanma üzrə sərt məhdudiyyətləri faktiki olaraq ləğv etdi. Bununla belə, sürət və həcm baxımından Almaniya ilə rəqabət aparacaq ölkə çox azdır. Tarixən Avropanın aparıcı müdafiə gücləri olan Fransa, İtaliya və İspaniyanın xərcləri artırmaq üçün demək olar ki, büdcə imkanları yoxdur.

Fransa Ukrayna üçün silah alışını məhdudlaşdırmaq istəyir

Qeyd olunur ki, Fransa 90 milyard avroluq kredit vəsaiti hesabına Ukraynanın yalnız Avropa silahlarını almasını nəzərdə tutan bənd daxil etmək istəyir. "Avropa malı al" bəndi Avropa İttifaqına daxil olmayan ölkələrə vəsait axınını çox çətinləşdirərdi.

Buna cavab olaraq Niderland vurğulayır ki, belə bir yanaşma Ukraynanın əl-qolunu bağlayacaq və onun Rusiya təcavüzündən müdafiə qabiliyyətini məhdudlaşdıracaq. Bundan əlavə, Amsterdamın qeyd etdiyi kimi, Avropa ölkələri bəzi silah növlərini Ukraynaya kömək etmək üçün kifayət qədər miqdarda istehsal etmirlər.

Niderland hökuməti Ukraynaya ABŞ və digər ölkələrdə istehsal olunan silahların alınması üçün azı 15 milyard avro ayrılmasını təklif edib.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri