Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın Baltik dənizi sahillərində anomaliya xarakterli isti hava səbəbindən zəhərli göy-yaşıl yosunlar yayılıb.
"Report"un Der Spiegel jurnalına istinadən verdiyi məlumata görə, bunu Federal Dəniz Gəmiçiliyi və Hidroqrafiya İdarəsinin peyk görüntüləri təsdiqləyib.
Qeyd olunub ki, sianobakteriyalar Rostokdan Hiddense adasına qədər sahil xətti boyunca böyük miqyasda yayılıb. Onlar ölkənin şimalındakı göllərdə də aşkarlanıb. Bu səbəbdən Şlezviq-Holşteyn hakimiyyəti artıq Baltik dənizində və bir sıra digər su hövzələrində çimməyə qadağa qoyub.
Bu mikroorqanizmlərin kütləvi şəkildə toplanmasına suyun yüksək temperaturu və zəif su dövranı səbəb olub.
Göy-yaşıl yosunlar allergiyaya, dərinin və selikli qişaların qıcıqlanmasına, həmçinin ürəkbulanma və qusmaya səbəb ola bilən toksinlər ifraz edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:335
Bu xəbər 16 Avqust 2026 02:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















