Almaniyanın Bremen şəhərinin aeroportu üzərində dron müşahidə edilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Berlin, 3 noyabr, AZƏRTAC
Almaniyanın Bremen şəhərinin hava limanının üzərində ötən gecə dron müşahidə olunub.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, vəziyyətlə əlaqədar hava limanında uçuşlar müvəqqəti dayandırılıb, Təxminən bir saat sonra uçuşlar bərpa edilib.
Polis dronların aeroportun lap yaxınlığında müşahidə edildiyini açıqlayıb.
NATO-nun Belçikadakı Klayne-Brogel hərbi bazası üzərində də ötən gün axşam saatlarında ordu və polis tərəfindən dörd dron aşkarlanıb. Polis helikopteri dronları izləsə də, onlar bir müddət sonra Niderland istiqamətində hərəkət edərək gözdən itib.
Hadisə ilə bağlı istintaq aparılır. Həmin hərbi bazada daha əvvəl də dəfələrlə dronlar müşahidə edilib. Oktyabrda bu hərbi bazada 2000 hərbçinin iştirakı ilə NATO-nun nüvə silahları ilə illik müdafiə təlimi keçirilib.
Qeyd edək ki, dronlarla bağlı insidentlər həm Almaniyada, həm də qonşu ölkələrdə artmaqdadır. Bir neçə gün əvvəl Berlin-Brandenburq hava limanında da dron müşahidəsi səbəbindən uçuşlar təxminən iki saat müddətinə dayandırılmışdı. Oktyabrın əvvəlində isə eyni səbəbdən Münxen aeroportunda uçuşlara müvəqqəti fasilə verilmişdi.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Auqsburq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















