Icma.az
close
up
RU
Almaniyanın ən məşhur kafedralına giriş ödənişli oldu

Almaniyanın ən məşhur kafedralına giriş ödənişli oldu

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Almaniyanın və Avropanın ən məşhur dini-memarlıq abidələrindən biri olan Köln kafedralına giriş artıq ödənişlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

Məlumata görə, iyulun 1-dən etibarən kafedralın daxili hissəsini ziyarət etmək istəyənlər 12 avro ödəməli olacaqlar.

Köln kafedralının rəhbərliyi bu qərarı hələ 2026-cı ilin mart ayında açıqlamışdı. Bildirilmişdi ki, ödənişin tətbiq edilməsinin əsas səbəblərindən biri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu tarixi abidənin qorunması və saxlanılması xərclərinin artmasıdır.

Yeni qaydalara əsasən, ödəniş il ərzində əksər günlərdə və ziyarətçilərin böyük əksəriyyətinə şamil olunacaq.

Bununla yanaşı, ibadətə gələnlər şimal girişindən istifadə etməklə kafedralın müəyyən hissələrinə ödənişsiz daxil ola biləcəklər. Giriş bileti alan turistlər isə qərb girişindən daxil olaraq kafedralın bütün daxili hissəsini gəzə biləcəklər.

13 yaşınadək uşaqlar və ağır əlilliyi olan şəxslər üçün giriş ödənişsiz olacaq.

Eyni zamanda, ilin müəyyən günlərində Köln kafedralına giriş bütün ziyarətçilər üçün pulsuz saxlanılacaq. Bunlara 6 yanvar – Epifaniya bayramından sonrakı bazar gününədək olan dövr, 1 May – Əmək Günü, 3 oktyabr – Alman Birliyi Günü, eləcə də sentyabrın sonunda keçirilən Epifaniya ziyarəti günləri daxildir.

Qeyd edək ki, Köln Almaniyanın turistlər arasında ən populyar şəhərlərindən biridir. Şəhər tarixi memarlıq abidələri, muzeyləri, müasir incəsənət məkanları və zəngin gecə həyatı ilə hər il milyonlarla turist cəlb edir.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 İyul 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri