Icma.az
close
up
RU
Almaniyanın idxal qiymətləri 2 illik maksimuma çatıb

Almaniyanın idxal qiymətləri 2 illik maksimuma çatıb

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın idxal qiymətləri son iki ilin ən böyük artımını müşahidə edir.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) yanvar ayına aid idxal qiymət göstəricilərini yayımlayıb.

Buna görə, ölkədə İdxal Qiymət İndeksi yanvarda əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,1% artaraq 2023-cü ilin fevralından bəri ən yüksək illik artımı qeydə alıb. Bazar gözləntiləri indeksin yanvarda 2,7% artması istiqamətində idi.

İdxal Qiymət İndeksi 2024-cü ilin dekabrında illik əsasda 2% artım göstərmişdi.

İndeks dekabr 2024 ilə müqayisədə yanvarda 0,7% artım proqnozlaşdırılsa da, faktiki artım 1,1% olub.

İdxal qiymətlərindəki sürətli artıma istehlak mallarının güclü bahalaşması təsir edib.

Destatis-in açıqlamasında bildirilib: “Yanvar ayında idxal qiymətlərinin ümumi inkişafına ən böyük təsir istehlak malları qiymətlərinin əvvəlki ilin eyni ayına görə 4,5% artması olub.”

Yanvarda xüsusilə idxal olunan qida məhsullarının qiymətləri kəskin yüksəlib. Qida məhsulları əvvəlki ilin eyni ayına görə 11,2% bahalaşıb.

İstehlakçılar yanvar ayında kakao, şokolad və şirniyyat məhsulları üçün illik əsasda orta hesabla 70,7%, portağal şirəsi üçün isə 38,2% daha çox ödəməli olublar.

Quş əti qiymətləri illik 25,7%, süd və süd məhsulları isə 13,5% bahalaşıb.

Destatis bildirib ki, “Şirniyyat məhsullarında qiymət artımı əsasən kakao yağı qiymətlərindəki 161,4%-lik və şokolad ilə digər şirniyyat məhsullarının qiymətlərindəki 32,4%-lik artımla əlaqəlidir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://banco.az
archiveBu xəbər 28 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri