Almaniyanın Müdafiə Nazirliyi daha çox “Leopard” tankı sifariş vermək istəyir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Berlin, 20 noyabr, AZƏRTAC
Almaniyanın müdafiə naziri Boris Pistorius Silahlı Qüvvələri (Bundesver) gücləndirmək üçün gələn il əlavə “Leopard-2 A8” tipli tankları sifariş etməyi planlaşdırır. Bundesver indiyədək 123 tankın alınmasına dair sifariş verib. İndi isə bu sifarişə 75 tankın da əlavə edilməsi nəzərdə tutulur.
AZƏRTAC “Zeit” nəşrinə istinadla xəbər verir ki, bu barədə nazir yeni modelin təqdimatı zamanı bildirib.
O deyib ki, indiyədək sifariş verilmiş bütün tanklar 2027-2030-cu illərdə təhvil veriləcək. “Leopard” tanklarının quru qoşunlarının müdafiə qabiliyyəti üçün əvəzolunmaz olduğunu deyən B.Pistorius qeyd edib ki, bu texnologiya heç də köhnəlməyib. Müasir müharibələr gələcəkdə də yalnız dronlardan ibarət olmayacaq, suveren ərazilər yenə də tanklar, gəmilər, təyyarələr və ən əsası, əsgərlər tərəfindən müdafiə edilməlidir.
Bundesverin indiyədək sifariş verdiyi 123 “Leopard 2 A8” tankının dəyəri 3,4 milyard avrodan çoxdur. Yeni “Leopard 2 A8” tankı Norveçlə birgə eyni modeldən sifariş edilib. Bundan başqa, Xorvatiya, Litva, Niderland, İsveç və Çexiya da bu tanklardan alır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 20 Noyabr 2025 06:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















