Almaniyanın Ştutqart şəhərində birmühərrikli təyyarə qəzaya uğrayıb AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 30 dekabr, AZƏRTAC
Almaniyanın Ştutqart şəhərində birmühərrikli kiçik təyyarə qəzaya uğrayıb.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, 77 yaşlı pilotun “Cessna” markalı təyyarəni hava limanına endirmək cəhdi qatı duman səbəbindən uğursuz olub. Qəza nəticəsində pilot yüngül, 70 yaşlı sərnişini isə ağır xəsarət alıb.
Hadisə ilə əlaqədar hava limanında uçuş əməliyyatları saat yarım ərzində dayandırılıb. Qəzanın baş verdiyi əraziyə ümumilikdə 20-dək xilasetmə və yanğınsöndürmə briqadası və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:Almaniyanın Ştutqart şəhərində avtomobil bir qrup insanı vurub, xəsarət alanlar var
03 May 2025 00:03
Universiada Almaniyanın altı şəhərində keçiriləcək
27 Fevral 2025 11:01
Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb
29 İyul 2025 19:21
Almaniyanın Nauen şəhərində 100 kiloqram narkotik vasitə aşkarlanıb
30 Oktyabr 2025 14:19
Baxış sayı:138
Bu xəbər 30 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















