Icma.az
close
up
RU
Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR

Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər edəcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiqləyib.

Berbokun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü də gözlənilir.

Qeyd edək ki, Berbok Azərbaycandan əvvəl Ermənistana səfər edəcək və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

seeBaxış sayı:36
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri