Icma.az
close
up
RU
Almaniyanın XİN rəhbəri Bakıda bir qrup fəalla görüşüb

Almaniyanın XİN rəhbəri Bakıda bir qrup fəalla görüşüb

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 22-də axşam “Turan” İnformasiya Agentliyinin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.

“Turan”ın məlumatına görə, görüşdə agentliyin rəhbərliyi ilə yanaşı, iqtisadçı Qubad İbadoğlu və hüquqşünas Şəhla Hümbətova da iştirak ediblər.

Azərbaycanda vətəndaş cəmiyyətinin və medianın vəziyyəti, Bakı ilə Yerevan arasında sülh sazişinin perspektivləri, COP29 konfransının yekunları və ümumilikdə ekoloji problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir “Turan” agentliyinin fəaliyyəti ilə də maraqlanıb, cəmiyyətə obyektiv məlumatların çatdırılmasında müstəqil mətbuatın mühüm rolunu qeyd edib.

Noyabrın 21-də COP29 iqlim konfransı çərçivəsində Azərbaycana səfər edən Annalena Berbok keçirdiyi mətbuat konfransında Azərbaycanda insan haqlarının vəziyyətindən də danışmışdı.

Azərbaycanda həbs olunmuş iqlim fəalları, jurnalistlər və müxalifətçilərlə bağlı suala cavabında nazir deyib ki, bu məsələ rəsmi Bakı ilə müzakirə olunacaq.

“Almaniya hakimiyyət tənqidçilərinin azad edilməsinə tərəfdardır və Azərbaycanın xarici işlər nazirilə görüşdə bu məsələni qaldıracaq”, – Berbok belə deyib.

Nazir bildirib ki, insan haqlarının vəziyyəti həmişə Almaniya və Azərbaycan hökumətləri arasında siyasi müzakirələrin bir hissəsi olub:

“Azərbaycanda insan haqlarının vəziyyəti, media işçilərinin, fəalların və müxalifət nümayəndələrinin həbsi böyük narahatlıq doğurur”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Noyabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri