Almaniyanın XVII əsrdə inşa edilmiş ən böyük taxta kilsəsi yanıb
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın Aşağı Saksoniya əyalətinin Klausthal-Tsellerfeld şəhərində yerləşən ölkənin ən böyük taxta kilsəsində yanğın baş verib.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində kilsənin bir hissəsi yanıb.
Yanğının tam söndürülməsi bir neçə saat çəkib. Polisin məlumatında yanğının qəsdən törədilməsinin ehtimal olunduğu və bu istiqamətdə istintaqın başlandığı bildirilib.
Evangelik-lüteran kilsəsi yanğınla əlaqədar kilsənin ziyarət üçün bağlandığını elan edib.
Təxminən 2 min nəfərin ibadət edə bildiyi bu tarixi kilsə XVII əsrdə inşa edilib. Kilsə Şimali Almaniyanın barokko dövrünə aid ən mühüm abidələrindən hesab olunur. Tikintisində palıd və küknar ağaclarından istifadə olunan bina dəfələrlə əsaslı təmir edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 İyul 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















