Almaniyanın yeni pilotsuz uçuş aparatı sınaqdan uğurla çıxıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 29 yanvar, AZƏRTAC
Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall”ın istehsal etdiyi “LUNA NG” pilotsuz uçuş aparatı sistemi Bundesver tərəfindən uğurla sınaqdan keçirilib.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatında sistemin əsas texniki üstünlüklərindən biri kimi 12 saatdan artıq uçuş müddətinə və 5 min metrədək maksimal uçuş hündürlüyünə malik olması göstərilib.
Sınaq zamanı hədəfin aşkarlanmasından məhv edilməsinədək bütün mərhələlərdə yalnız pilotsuz sistemlərdən istifadə olunub. Bu aparatların Pilotsuz Sistemlərin Komanda və İdarəetmə Platformasına uğurlu inteqrasiyası onun digər dronlar və müvafiq döyüş sursatları ilə koordinasiyalı fəaliyyətinə imkan verib.
“LUNA NG” verilmiş tapşırıqları qısa müddətdə etibarlı şəkildə yerinə yetirib və yüksək kəşfiyyat imkanları nümayiş etdirib. Uzunmüddətli uçuş davamlılığına malik aparat yüksək hündürlükdə aşağı səs səviyyəsi ilə uçuş həyata keçirib. Sensor məlumatlarının real vaxt rejimində ötürülməsi yerüstü qüvvələr üçün tam və operativ əməliyyat mənzərəsinin formalaşmasına imkan yaradıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 29 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















