Almaniyaya köç edənlərin 26 faizi ölkədən ayrılmağı düşünür
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Alman İş Bazarı və Peşə Tədqiqatları İnstitutunun (IAB) araşdırmasına görə, Almaniyaya köç etmiş insanların təxminən 26 faizi, yəni 2,6 milyon nəfər ölkədən qalıcı olaraq ayrılmağı düşünür.
Redaktor.az xəbər verir ki, araşdırmada, 300 min nəfərin isə artıq konkret miqrasiya planlarının olduğu bildirilib. Bu fikrin xüsusilə ali təhsilli şəxslər arasında daha çox yayıldığı vurğulanıb.
Sənayedə ölkəni tərk etmə meyli ən çox informasiya və kommunikasiya texnologiyaları sahəsində müşahidə olunur – bu göstərici 39 faiz təşkil edir. Maliyyə sektorunda bu rəqəm 30 faiz, səhiyyə və sosial xidmətlər sahəsində isə 28 faizdir.
Kənan YUSİF

Almaniyaya mühacirət edənlərin sayı kəskin azalıb
17 Yanvar 2025 16:16
Gürcüstan 26 əcnəbini ölkədən deportasiya edib
15 İyul 2025 15:09
Ronaldu idmandan ayrılmağı düşünür
06 Yanvar 2025 17:06
Papikyan Almaniyaya getdi
12 May 2025 10:18
Almaniyaya immiqrasiya rekordu
28 Noyabr 2024 16:51

