Almaniyaya köçmək istəyənlərin diqqətinə Qanun sərtləşdirilir
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bundestaqın iclasında Almaniyanın miqrasiya siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər edilib.
Axar.az xəbər verir ki, dəyişiklərə əsasən hökumətin miqrasiya siyasəti daha da sərtləşdirililib. Hökumət bundan sonra Bundesratın təsdiqinə ehtiyac olmadan ölkələri “təhlükəsiz mənşə ölkələri” kimi təsnif edə biləcək və bununla da həmin ölkələrdən gələn şəxslərin deportasiyası daha da asanlaşacaq. Hökumət bu addımla əsassız sığınacaq müraciətlərinin qarşısını almağı və Miqrasiya və Qaçqınlar İdarəsində (BAMF) prosedurların sürətləndirilməsini hədəfləyir. Yeni qaydalara görə, təhlükəsiz mənşə ölkələrindən gələnlərin ərizələri daha çox “açıq-aşkar əsassız” kimi qiymətləndiriləcək.
Qanun layihəsinə hökumətdə yer alan partiyalarla yanaşı, Almaniya üçün Alternativ Partiyası (AfD) dəstək verib, Yaşıllar və Sol partiya isə etiraz edib. Eyni paket çərçivəsində deportasiya edilə biləcək şəxslərə dövlət hesabına vəkil təyin edilməsi hüququnun ləğvi də planlaşdırılır. Bundan əlavə, vətəndaşlığa qəbul zamanı qəsdən yanlış məlumat verən şəxslər üçün on illik qadağa tətbiq ediləcək.
Baxış sayı:53
Bu xəbər 06 Dekabr 2025 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















