Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda şok sözlər: Ölümündə...
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rəhim Rəhimli özü özünü məhv etdi. Onun ölümündə heç kimi günahkar görmürəm. İnsan gərək özü özünü idarə edə bilsin"
Milli.Az bildirir ki, bu sözləri Əməkdar artist, müğənni Almaz Ələsgərli mərhum həmkarı Rəhim Rəhimli barədə "Kanal S" TV-nin efirində danışarkən deyib.
Almaz Ələsgərli bir zamanlar yaxın dostluq etdiyi həmkarından sonradan uzaqlaşmasının səbəbini isə bu cür açıqlayıb:
"O vaxtlar biz təzə-təzə sənətə başlayanda bir yerdə idik, dostluq edirdik. Bir-birimizin evinə gedib gəlirdik, mahnılarımızı oxuyurduq. Amma Rəhim sonra çox dəyişildi. Mən onda bu dəyişikliyi görəndə uzaqlaşdım. Nə qədər istədim Rəhimə deyim ki, bəlkə qayıdasan? Amma artıq böyük olmuşdu, ona nə deyə bilərdim ki? Son dəfə görəndə də gördüm ki, nəsə yaxşı deyil. Vəziyyətindən heç gözüm su içmədi. Dedi ki, qara ciyərində problemlər çıxıb, mən də dedim ki, Allah şəfa versin. Amma nəsə hiss edirdi".
Xatırladaq ki, müğənni Rəhim Rəhimli 2022-ci il sentyabrın 30-da, 45 yaşında vəfat edib. Onun ürəktutmadan keçindiyi bildirilirdi. (Musavat.com)
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 07 Fevral 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















