Almazın yeni “qohumu” kəşf edildi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər.
“Qafqazinfo” xəbər verir ki, “Diamondiyne” adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir.
Göteborq Universitetinin tədqiqatçıları iki mayenin təmas səthində əldə etdikləri materialın karbon atomlarının üçlü rabitələrlə birləşməsi nəticəsində yarandığını bildiriblər. Tədqiqat qrupunun rəhbəri, professor Karl Börjessonun sözlərinə görə, “Diamondiyne” üçölçülü tetraedrlər şəbəkəsindən ibarətdir.
Materialın kristal quruluşu elektron mikroskopiyası ilə səthin kiçik sahələrində təsdiqlənib. Alimlər indi onun fiziki xüsusiyyətlərini və mümkün tətbiq sahələrini araşdırmağı planlaşdırırlar.
Karbonun almaz, qrafit, qrafen və digər formalarından fərqli quruluşa malik “Diamondiyne”nin məsaməli strukturu gələcəkdə yeni texnoloji imkanlar yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 Oktyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















