Icma.az
close
up
RU
Aloenin müalicəvi gücü gözəl dəri və saçlar, güclü immunitet...

Aloenin müalicəvi gücü gözəl dəri və saçlar, güclü immunitet...

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Əsrlər boyu əzvay təbii kosmetikada və minlərlə müxtəlif xəstəliklərin müalicəsində dərman kimi işlədilib.

Əzvayın müalicəvi əhəmiyyəti onun şirəli, qidalandırıcı maddələrlə zəngin olan yarpaqlarındadır.

Azertag.az xəbər verir ki, tərkibi 99 faiz sudan ibarət olsa da, əzvay xeyli vitamin, mineral və antioksidant xüsusiyyətlərə malikdir.

Əzvayın (Aloye vera) faydalarını nəzərinizə çatdırırıq.

1. Səhhəti və dərinin xarici görünüşünü yaxşılaşdırır
Əzvay geli sağlamlığa və epidermal hüceyrələrin fəaliyyətinə çox yaxşı təsir göstərən aktiv maddələrlə boldur. Eyni zamanda, onların regenerasiyasını sürətləndirir.

Tərkibində əzvay olan kremdən müntəzəm istifadə dəri hüceyrələrinin vaxtından əvvəl qocalmasının qarşısını alır, mimik qırışların əmələ gəlməsini azaldır, dərini dərindən nəmləndirir və kollagen əmələ gəlməsini stimullaşdırır.

2. Qəbizliyin aradan qaldırılmasında təbii vasitədir

Əzvayın yarpaqlarında olan aktiv maddələr işlətmə təsirinə malikdir. Bu səbəbdən bitkidən qəbizliyin müalicəsində istifadə edilir.

Təbii əzvay şirəsi maddələr mübadiləsini yaxşılaşdırır, xora xəstəliyi zamanı əmələ gələn ağrıları aradan qaldırır, mədə iltihabını sağaldır.

3. Saçlar üçün əvəzedilməz kondisionerdir

Əzvay saç üçün şampun və kondisionerlərdə populyar inqrediyentdir. Bitkinin tərkibindəki nəmləndirici maddələrin zənginliyi saçları zədələnmələrdən qorumağa şərait yaradır. Bundan başqa, əzvay baş dərisinin sağlamlığına da yaxşı təsir göstərir.

4. Ağız boşluğunun gündəlik gigiyenası üçün ideal vasitədir

Aloye veranın müalicəvi xüsusiyyətlərindən, həmçinin ağız boşluğunun qulluğunda da istifadə edilir. Bitkinin yarpaqlarından düzəldilən gelin tərkibində antibakterial və antiseptik təsir göstərən xeyli maddələr vardır. Əzvayın köməyi ilə damaqların qanamasının, dərinin qıcıqlanmasının, yaraların və müxtəlif infeksiyaların qarşısını tez və effektiv almaq mümkündür.

5. Qanda xolesterinin və şəkərin miqdarını təbii yolla azaldır

Çoxsaylı elmi tədqiqatlar göstərib ki, müntəzəm olaraq əzvay şirəsindən istifadə ikinci tip diabet xəstəliyi olan insanlarda qanda şəkərin miqdarını təbii yolla stabilləşdirməyə yardım edir.

Qeyd etmək lazımdır ki, əzvay geli qanda təkcə qlükozanı deyil, həm də xolesterinin və triqliseridlərin miqdarını azaldır.

6. İltihabın qarşısını alır

Əzvay bütün dünyada özünün maraqlı iltihab əleyhinə xüsusiyyəti ilə çox məşhurdur. Bu səbəbdən də bitkini adətən dəri zədələnmələrində, məsələn yanıqlarda istifadə edirlər. Bundan başqa əzvayı əlavə olaraq, oynaqların iltihabı nəticəsində əmələ gələn artritin (oynaq xəstəliyi), rematoid artritinin, xora və qızdırmaların müalicəsində məsləhət görürlər.

Əzvayın geli də astma və ekzema kimi xəstəliklərlə mübarizədə kömək edir. Əzvayın bu sahədə sağlamlığa faydası həqiqətən çox böyükdür.

7. Orqanizmin immunitetini möhkəmləndirir

Orqanizmimiz hər gün zərərli və patogen təsirlərə məruz qalır. Əksər hallarda biz hətta bunu başa düşmürük, çünki sadəcə olaraq onları adi gözlə görmürük. Biz özümüzə yaxşı qulluq etməliyik ki, orqanizmin immun cavabı sürətli və tam uyğun olsun. Fiziki aktivliklə yanaşı, təbii yolla immuniteti möhkəmlədən məhsullar qəbul edilməlidir ki, bunlardan biri də əzvaydır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri