Alonso: “Yüksək sürətli döngələr yanacaqdoldurma məntəqələrinə çevrilib”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İkiqat “Formula-1” çempionu və “Aston Martin” pilotu Fernando Alonso Yaponiya Qran-prisində təsnifatdan sonra yeni qaydaları tənqid edib.
İdman.Biz bildirir ki, ispaniyalı pilot yarışı 21-ci yerdə başa vurub.
“Komandamızın yarısı burada bu maşının sükanı arxasına keçə və onu idarə edə bilərdi.
Yüksək sürətli döngələr yanacaqdoldurma məntəqələrinə çevrilib. Batareyanı doldurmaq üçün onları yavaş-yavaş aparırsınız və sonra düz yolda tam gücdən istifadə edirsiniz. Bu halda sürücü bacarığı artıq əhəmiyyət kəsb etmir”, - deyə “Motorsport-Magazine” Alonsonun sözlərini sitat gətirib.
Ənənəvi olaraq yarış pilotları üçün ən tələbkar traslardan biri hesab edilən Suzuka trasından danışan Fernando əlavə edib: “Onun unikallığı sadəcə yoxa çıxıb”.
Baxış sayı:191
Bu xəbər 28 Mart 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















