Icma.az
close
up
RU
Alovlu AT İLİ Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Alovlu AT İLİ Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il Şərq təqviminə görə Alovlu At ili üstündə təhvil olunacaq. At hərəkətliliyi və lider ruhu ilə tanınır, od ünsürü isə bu xüsusiyyətləri daha da atəşləndirəcək. Yəni il kəskin dönüş nöqtələri və yeni imkanlar vəd edir. 
Astroloq Lamiyə İsmayılova Alovlu atla bağlı proqnozlarını Bizim.Media ilə böiüşdü.
Onun ehtimallarına görə, 2026-cı il risk almaqdan çəkinməyənlər, məqsədlərinə inamla irəliləyənlər üçün xüsusilə əlverişli olacaq. Eyni zamanda, alovlu enerjinin gətirdiyi tələskənlik və emosional qərarlar diqqətli olmağı tələb edir. 
“Səndən hərəkət, məndən bərəkət” 
“Alovlu qırmızı at ili 2026-cı ilin fevralın 17-dən etibarən girəcək.  At dinamikliyi sevir. Yəni hərəkət etməkdən qorxmayanlar üçün karyera və şəxsi həyatlarında əhəmiyyətli dəyişikliklər gözlənilir. Eyni zamanda ailə və sevgi münasibətlərində uğurlu olacaqlar. Əgər atla yaxşı münasibət qursanız, heç bir problem yaşamayacaqsınız. O sizi dəstəkləyəcək və kömək edəcək. At durğunluğu heç sevmir, od ünsürüdür – iki tərəfi var: həm isidə bilər, həm də yandırar. Ona görə də ehtiyatlı olmaq lazımdır. Dürüstlük, zəhmətkeşlik və sədaqət atın əsas mənəvi keyfiyyətlərindəndir”.
Astroloq diqqətə çatdırdı ki, Alovlu At ilində maliyyə baxımından ən şanslılar Donuz, İlan, Öküz və At ilində doğulanlar olacaq. Bu illərdən olanlar indidən yeni layihə və planların “çertyoj”unu qura bilərlər. İlan ili xüsusilə qida sahəsi ilə bağlı layihələrdə özünü sınaya bilər. 
 

Keçi, İt və Dovşan ilində doğulanlar münasibət qurmaqda uğurlu olacaq. Onların istər iş, istərsə də şəxsi münasibətlərdə bəxtləri gətirəcək. Xüsusilə də it ilindən olanları iş sahəsində maraqlı tanışlıqlar gözləyir ki, bu da onlar üçün çox faydalı olacaq. Dovşanların və Keçilərin maddi vəziyyəti düzələcək. Hətta biznes qurmaq imkanları var.


Siçovulları isə böyük xərclər gözləyir. Düzgün qərar versələr xərclər onların xeyrinə olacaq. Xoşagəlməz sürprizlər ola bilər. Keçmişdə həll olunmamış problemlər ortaya çıxa bilər. 
Pələng və Meymun ilində doğulanlara tez-tez səhayət etmək məsləhət görülür. Onların şans və qazancları səyahətdən çıxacaq. Yaxşı olardı ki, təkmilləşdirmə kursları da keçsinlər. Pələnglər sağlamlığına diqqət yetirməli, zədələnmələrdən eytiyatlı olmalıdırlar. Meymunlar isə tənhalığa meyillənməsinlər. Çünki bu, pis əhval-ruhiyyə vəd edir. 
Əjdaha və Xoruz ilində doğulanlar o qədər parlayacaqlar ki, öz nurundan başqalarına da pay verməli olacaqlar. Ətrafdakı hər kəsi valeh edəcəklər. Yəni digər illərdə doğulanlar bu bəxtəvərlərdən məsləhət ala, kömək istəyə bilərlər. Üstəlik onları karyera pilləsində yüksəlişlər, rəhbər vəzifələr tutma ehtimalı gözləyir. Sadəcə emosiyalara diqqət edib, eksterimal idman növlərindən uzaq durmalıdırlar. 
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:493
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri